- Rusiya və İran
- 22 Aprel 21:52
- 889
Kreml Ukrayna ilə danışıqlar üçün şərt qoyub

Mülki hədəflərdə atəşkəslə bağlı Ukrayna ilə danışıqlar üçün konkret plan yoxdur.
Bu barədə keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
"Ukrayna tərəfi istəsə, Ukrayna tərəfi açıq olsa, yəqin ki, bu cür təmaslar yolunda bu maneələri hüquqi cəhətdən aradan qaldırmaq üçün addımlar atılmalıdır", - o qeyd edib.
Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə danışıqlara, o cümlədən hərbi məqsədlər üçün istifadə edilən mülki obyektlərə zərbə endirməmək məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Mövsüm
Aznews.az