Rusiya XİN bir neçə Böyük Britaniya deputatının Rusiyaya girişinə qadağa qoyub

Rusiya Britaniya parlamentinin üzvlərinə qarşı cavab xarakterli şəxsi sanksiyalar tətbiq edib və onların Rusiya ərazisinə daxil olmasını qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib .

“Londonun davam edən qarşıdurma kursuna cavab olaraq. Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib”, - bəyanatda deyilir.

Siyahıya Britaniya parlamentinin 21 nümayəndəsi daxil edilib. Rusiya tərəfinin siyahının genişləndirilməsi üzərində işi davam etdirəcəyi dəqiqləşdirilir.

Mövsüm

Aznews.az