Narışkin: Qərb faşizmin məğlub edilməsində SSRİ-nin həlledici rolunu kobud şəkildə inkar etməyə çalışır

Qərb dövlətləri Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ərəfəsində tarixi kobud şəkildə yenidən yazmağa, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin vətəndaşlarına yad prinsiplər aşılamağa çalışırlar.

Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat xidməti məlumat yayıb.

“Böyük Qələbənin 80-ci ildönümü ərəfəsində Qərb tarixi kobud və israrla yenidən yazmağa, faşizmin məğlub edilməsində SSRİ-nin həlledici rolunu inkar etməyə, MDB ölkələrinin vətəndaşlarının şüuruna tamamilə yad prinsip və konsepsiyaları aşılamağa çalışır”, - deyə o, qeyd edib.

Bu barədə o, MDB ölkələrinin xüsusi xidmət orqanlarının veteran təşkilatlarının rəhbərləri ilə görüşdə məlumat verib. Mərasim zamanı iştirakçılar Rusiya Xarici Kəşfiyyat Xidmətinin qərargahının ərazisindəki “Vətən, şücaət, şərəf” heykəli önünə, o cümlədən Kreml divarı yaxınlığındakı “Naməlum əsgərin məzarı” memorialına gül dəstələri qoyublar.

Mövsüm

Aznews.az