- Rusiya və İran
- 23 Aprel 21:45
- 785
Peskov Rusiyanın Aİ-yə qaz tədarükü ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb

Moskva görür ki, bir sıra Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazını yenidən almağa hazırdır və bu məsələ ilə bağlı danışıqlara hazırdır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib .
“Biz qazımızla bağlı danışıqlara hazırıq və bilirik ki, bəzi Avropa ölkələri bizdən qazı almağa davam etmək istəyirlər.
Peskovun sözlərinə görə, Rusiya heç vaxt Aİ-yə yanacaq tədarükü məsələsini siyasiləşdirməyib. Kreml sözçüsü bu məsələ ilə bağlı qərarların kommersiya əsasında veriləcəyini vurğulayıb.
Mövsüm
Aznews.az