İranda baş verən yol qəzasında 6 nəfər ölüb

İranın cənub-şərqindəki Kirman əyalətində avtomobilin aşması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə İRNA agentliyi Kirman Tibb Elmləri Universitetinin böhranların idarə edilməsi mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

"Bu gün (cümə axşamı) Bağin-Bərdsir avtomobil yolunda vətəndaşları daşıyan "Peugeot 405" markalı avtomobilin aşması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb", - məlumatda deyilir.

Hadisə yerli vaxtla saat 13:34-də Bərdsirdən 5 km aralıda baş verib. Qəzanın səbəbi hələ də rəsmi olaraq məlum deyil; zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Mövsüm

Aznews.az