İran nüvə məsələsində Avropa ilə danışıqlara hazır olduğunu bildirib

İran nüvə proqramı məsələsini müzakirə etmək üçün “ilk addımı atmağa” və Paris, Berlin və Londona səfər etməyə hazırdır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

“Mən bir daha diplomatiya təklif edirəm: “ Moskva və Pekində son məsləhətləşmələrimdən sonra ilk addımı atmağa, Paris, Berlin və Londona səfər etməyə hazıram”, - deyə Əraqçi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bundan əlavə, Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, o, nüvə proqramı üzrə ABŞ ilə dolayı danışıqlara başlamazdan əvvəl nizamlanmaya hazırdır. Lakin onun sözlərinə görə, “Avropa üçlüyü” (Almaniya, Böyük Britaniya və Fransa) özləri bundan imtina ediblər.

Mövsüm

Aznews.az