- Rusiya və İran
- 26 Aprel 17:52
- 1 116
İranda güclü partlayış: Yaralananların sayı 561-ə çatıb

İranda partlayış nəticəsində azı 4 nəfər ölüb.
Aznews.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.