İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb.

“Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm”, - o əlavə edib.