- Rusiya və İran
- 20:07
- 1 238
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Bu barədə Hörmüzqan vilayətinin qubernatoru Məhəmməd Aşuri məlumat verib.
"Şəhid Rəcai limanında baş verən qəza nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb", - deyə o, qeyd edib.
Qubernator aydınlaşdırıb ki, yanğın söndürülüb və xilasedicilərin hazırkı prioriteti sağ qalanların axtarışıdır.
Mövsüm
Aznews.az