- Köhnə - Şou-biznes
- 23 Noyabr 2016 10:46
- 20 481
Ramiz Fətəliyev Meral Konratın yalanını açdı - “Ona qonarar verilib”
“Meral Konratı Bakıya Fəxrəddin Manafov dəvət edib”
Bu sözləri AzNews.az-a "Mənimsən" klipinin rejissoru, Xalq artisti Ramiz Fətəliyev deyib. Onun sözlərinə görə, klipin yaradıcı heyəti "Təhminə" rolunun ifaçısı Meral Konratın bu klipdə çəkilməsi üçün Fəxrəddin Manafovdan xahiş etmişdilər:
"İstək bu idi ki, Meral xanım bu klipdə rol alsın. Dedilər ki, onun Bakıya gəlişini ancaq Fəxrəddin Manafov təşkil edə bilər. Prodüser Vaqif Əsədullayev, Fəxrəddin Manafov və mən də bu arzuda oldum. Fəxrəddin baş rolda oynayacaqdı. Həmin vaxt Rasim Ocaqov da deyəsən təzə rəhmətə getmişdi. Dedilər ki, bu klip həm də Rasim Ocaqovu anmaq üçündür. Fəxrəddin də sağ olsun çağırdı? Meral da gəldi. İndi fikirləşin, Meral peşəkar aktrisadır və ssenariyə çəkilir. Onu necə aldatmaq olar? Klipdə bütün epizodlar Zülfiyyə Xanbabayevanın ifasının altında çəkilib. Ssenarinin kökü mahnıdır və bütün aktyorlar da mahnının xatirinə çəkilir. Bu yöndə hansı peşəkar aktrisanı aldatmaq olar? Yəni, klipi "Təhminə-2" filmi kimi necə təqdim etmək olar?"
R.Fətəliyev qeyd edib ki, "Mənimsən" klipində ancaq Meral Konrata qonarar verilib:
"Xalq yazıçısı Anardan icazəsiz bu filmi çəkmək qeyri-mümkündür. Anar sağ-salamatdır, bu da onun mövzusudur. Bizim nə ixtiyarımız var ki, onun ssenarisini çəkək. O, qadındır. Qadın haqqında danışmaq kişiyə xas olan xüsusiyyət deyil"
Türkiyənin tanınmış sənətçisi, "Təhminə" rolunun ifaçısı Meral Konrat Xalq artisti Fəxrəddin Manafovu ağır ittiham edib. O, Xalq artisti Zülfiyyə Xanbabayevanın "Mənimsən" kilpinə görə, Fəxrəddin Manafov tərəfindən aldadıldığını bildirib.
Bahar RÜSTƏMLİ
AzNews.az