- Köhnə - Şou-biznes
- 23 Dekabr 2016 11:44
- 28 507
Ancelina Coli ölüm ayağında - Çəkisi 34 kiloya düşdü

Bred Pittlə boşanma ərəfəsində olan və uşaqların üzərində himayəçilik qazanmaq üçün stress keçirən Hollivud ulduzu ölüm təhlükəsiylə üzləşib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq yaxınları çəkisi 34 kq-a düşən Ancelina Colinin səhhətiylə bağlı çox narahatdırlar.
"Enci emosiyaları ilə bacara bilmir. O narahatlıqdan qorxunc dərəcədə arıqlayıb. Onun əlləri o qədər nazikdir ki, sümükləri görünür. Onlar sanki diş çöpləridir" -deyə aktrisanın yaxınları "Radar Online"a bildirib.
Ancelina üçün mütəxəssislər də narahat olurlar.
"O, həddi keçib. Onun sağlamlığı təhlükə altındadır. O, həyat və ölüm arasında qalıb" -deyə Nyu-York terapevti, həkim Stüart Fişer bildirib.

Aydan