- Köhnə - Şou-biznes
- 17 Sentyabr 2018 11:43
- 4 816
Bacıları məşhur müğəninnin var-dövlətini əlindən alırlar
Müğənni Hadisə sahib olduğu varidatını itirə bilər
Türkiyəli məşhur müğənni Hadisə sahib olduğu varidatını itirə bilər.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müənni məşhurlaşandan sonra əmlak və icarə gəliri vergilərini ödəməmək üçün daşınmaz əmlaklarını bacılarının adına keçirib. 13 ildə Türkiyədə onun adına sadəcə bir ev olub.
Bir müddət əvvəl anası Hadisəyə bacılarının onun varidatına şərik olduğunu bildirib. Bundan sonra ailədə narazılıq yaranıb, Hadisə mülklərini geri almaq üçün məhkəməyə müraciət edib. Bildirilir ki, bacısı Hülya Açıkgöz Hadisenin mülklərini qaytarmaq istəmir.
Hazırda məhkəmə prosesi davam edir.
Nigar CƏFƏR
AzNews.az