Müğənni Əlikram Bayramov yeni klipini təqdim edib. Müğənni Əlikram Bayramov yeni klipini təqdim edib.

Əlikram Bayramov medianı başına topladı - FOTO

Müğənni Əlikram Bayramov yeni klipini təqdim edib.

AzNews.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni Əlikram Bayramovun “Bu dünyanı sevək” adlı mahnısına ekranlaşdırılan klipinin təqdimetmə mərasimi keçirilib. Mahnının sözləri mərhum şair Hüseyn Arifin, musiqisi isə mərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərindir.

Tədbirdə mərhum bəstəkarın ailə üzvləri, əməkdar artist Firuzə İbadova və media nümayəndələri iştirak edirdi. Mərasimi giriş sözü ilə açan müğənni Əlikram Bayramov klipin ərsəyə gəlməsindən danışıb:

“Biz bu mahnı ilə bütün dünyanın təbiətini qorumağa çalışırıq. Təbiəti qorumalıyıq. Tahir Əkbər bu mahnını mənə verəndə ilk sözü bu oldu: “biz təbiəti qorumuruq. Gözümüzün qarşısında təbiət məhv olur”. Hüseyn Arif bunu yazanda dünyanı düşünüb. İnsan bu torpağı canından artıq sevməlidir”.

Aybəniz Əkbər isə mərhum bəstəkar Tahir Əkbərin “Bu dünyanı sevək” mahnısı ətrafında düşüncələrini bölüşüb və Əlikram Bayramova təşəkkürünü bildirib.

Sonda “Bu dünyanı sevək” adlı klip media nümayəndələrinə təqdim olunub. Klipin rejissoru Hüseyn Novruzovdur.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description