- Köhnə - Şou-biznes
- 16 Aprel 2015 12:05
- 4 046
Vaqif Gərayzadənin mahnısı Türkiyədə səsləndi - “Neyləyək alınmadı”
Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici müğənni İradə İbrahimovanın repertuarından olan “Neyləyək alınmadı” mahnısını ifa edib.
AzNews.az xəbər verir ki, musiqiçinin Türkiyədə klubların birində konsertinə qatılan azərbaycanlı DJ Fateh həmin kompozısıyanın canlı ifasını video lentə köçürüb.
"Bu mahnı səslənərkən, səs-küylü zal bir an susdu. Hamı musiqinin sədaları altında sükuta qərq olmuşdu. Öyrəndim ki, Hüsnü bu kompozisiyanı çox sevir və hər çıxışı hərarətlə qarşılanır. Həmin konsertdə ən çox alqış toplayan məhz bu çıxışı oldu", - deyə təəssüratını bölüşən DJ Fateh həmin videonu təqdim edib.
Qeyd edək ki, "Neyləyək alınmadı" mahnısının bəstəkarı Vaqif Gərayzadədir.
Hüsnü Şənləndirici SNN Türk kanalında da bəstəni çanlı ifa edib. Bu haqda video Youtube-a yerləşdirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az