- Köhnə - Siyasət
- 12 May 2017 10:23
- 6 672
Ermənistan hətta Azərbaycanın alması ilə birgə mövcudluğa da hazır deyil- Mübariz Əhmədoğlu
Azərbaycan alması Ermənistanda prezident, baş nazir səviyyəsində ajiotaj yaradıb.
Mətbuat bu məsələni aktiv şəkildə gündəlikdə saxlayır. Rəsmilər, ekspertlər və siyasi partiya liderləri bu məsələyə dəfələrlə münasibət bildirirlər. Azərbaycan almasının Ermənistanda mövcudluğundan qorxan ekspertlərin bəziləri ABŞ və Aİ ilə sıx əməkdaşlıq edənlərdir. Azərbaycan almasının Ermənistanda satılmasına əhalinin mövqeyi fərqlidir. Mətbuatın yazdığına görə almaların Azərbaycana məxsusluğu əhalidə marağı artırıb.
Azərbaycan almasının Ermənistana daxil olması barədə Ermənistan respublikası baş prokurorluğu cinayət işi açıb. 6 vəzifəli şəxs artıq həbsdədir.
Bəzi ümumiləşdirmələrimiz:
I. Azərbaycan alması özünü qədim, sivil, mədəni, savadlı adlandıran erməni xalqının bugünkü kəsimini rüsvay etdi- Küt, nadan, və insanlıqdan bixəbər toplumdur.
II. Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimlənməyə hazır olduğunu bildirən Ermənistan rəhbərliyi və ictimai-siyasi mühiti nəinki azərbaycanlılarla, hətta Azərbaycanın alması ilə birgə mövcudluğa hazır deyil.
III. Erməni versiyasına görə türklər 100 il bundan qabaq Ocmanlı imperiyasında 1,5 milyon ermənini qırıb. Müstəqil olduqdan sonra Ermənistanda həmişə Türkiyə malları satılıb. Son 20 ildə Türkiyə ilə Ermənistan arasındakı illik mal dövriyyəsi rəqəmlərinin amplitudası 50-500 milyon dollar arasıdır. 2016-cı ildə səhv etmirəmsə, bu rəqəm 236 milyon dollar olub. Ermənistanın indiki elitası 80 ildən sonra Türkiyə mallarını milyon dollarla qəbul etməyə başladı. Azərbaycanla münaqişənin 30 yaşı var və ermənilərin rəsmi mövqeyinə görə Ermənistan-Azərbaycan münaqişəsinin kökü də 100-150 il bundan qabaq Osmanlı imperiyasına gedib çıxır. Azərbaycanla müharibədə ümumi ölən və itkin düşənlərin sayı təxminən 30 min nəfərlə ölçülür. Ermənilərin məntiqi əcaibdir; 1,5 milyon ermənini guya öldürən türklərin milyon dollarla pomidorunu yemək, paltarını geymək olar, amma işğal etdiyi Azərbaycan ərazisində bir neçə min işğalçı erməni hərbçisini öldürmüş azərbaycanlının 300-400 dollar məbləğində almasını yemək olmaz.
Ali təhsilli erməni qadını Türkiyədə türkün evində xadiməlik edə bilər. Amma azərbaycanlı ilə heç bir təmasda ola bilməz. Bu təkcə məntiqsizlik deyil, bu Ermənistanın rəhbərliyinin, elitasının və bütün ictimai-siyasi mühitinin ifşası deməkdir. Azərbaycanın almasının gücü bu qədərdirsə ermənilər başa düşsünlər ki, gör Azərbaycanın özünün gücü nə qədərdir.
IV. Azərbaycan almasına hücumlar Ermənistanda xarici ölkə diplomatlarının gözünün qabağında baş verir. Bunların böyük əksəriyyəti özlərini iki xalq arasında inam yaradan mübarizlər kimi təqdim edirlər. Bircəciyi səsini çıxarmayıb. Azərbaycan alması fədakardır, erməni xalqını özünə məftun edib. “Sülh platformasına” dəstək verməyən inam yaradıcıları Ermənistanda Azərbaycan almasını da müdafiə etmədilər. Amma Azərbaycan alması heç onlardan bu müdafiəni gözləmirdi.
Azərbaycan alması təkbaşına Ermənistanda ictimai şüurun naqisliyini və ermənilərin əsil niyyətini aşkarladı.
Mübariz Əhmədoğlu
AzNews.az