- Köhnə - Siyasət
- 26 May 2017 11:37
- 5 477
ABŞ əhalisi Trampın ən yaxın müttəfiqi kimi Rusiyanı görür- SORĞU
ABŞ-ın FOX News telekanalı ölkə vətəndaşları arasında sorğu keçirib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, əhalinin 70%-i prezident Donald Trampın Rusiyanı müttəfiq hesab etdiyini düşünür. 64% əhali isə rəsmi Vaşinqtonun düşməni kimi Moskvanı görür.
Sorğuda iştirak edənlərə “Sizcə, Tramp ABŞ-la Rusiya əlaqələrini necə qiymətləndirir?” sualı verilib.
Sorğuda iştirak edənlərin cəmi 20%-i Trampın Rusiyaya düşmən gözüylə baxdığını deyib.
Rəyi soruşulanların,demək olar ki, hamısı (93%) ABŞ-ın əsas düşməninin Şimali Koreya olduğunu düşünür. Sonrakı yerlərdə İran (80%), Suriya (76%) gəlir.