Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə yola düşüb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə yola düşüb.

Elmar Məmmədyarov rəsmi səfərlə Kolumbiyaya yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə yola düşüb.

AzNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində E.Məmmədyarovun kolumbiyalı həmkarı Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, nazirlər səviyyəsində Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.