- Köhnə - Siyasət
- 18 Sentyabr 2018 10:06
- 4 826
"Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndiririk" - NATO rəsmisi
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə göstərdiyi töhfəni yüksək qiymətləndirir.
AzNews.az ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın STV televiziyasına verdiyi müsahibəsində danışıb.
“Azərbaycan bizim möhkəm partnyorumuzdur. Biz həmişə onun beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərinə töhfəsini yüksək dəyərləndiririk”, - deyə o bildirib.
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Azərbaycan NATO-nun sülhməramlı missiyası çərçivəsində alyansa tranzit imkanlar təmin edir.
“Bizim yaxşı əməkdaşlıq əlaqələrimiz var və bunun davamlı olmasına ümid edirəm”, - deyə o əlavə edib.
AzNews.az