- Köhnə - Siyasət
- 24 Sentyabr 2018 09:10
- 5 003
Binəli Yıldırım Özbəkistanda səfərdədir
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Özbəkistana səfərə gəlib.
AzNews.az xəbər verir ki, Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, "Esenboğa" hava limanında parlament sədri jurnalistlərin suallarını cavablandırıb.
B.Yıldırım bildirib ki, yüksək səviyyəli səfərləri nəticəsində Ankara və Daşkəndin münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb.
B.Yıldırımın səfər çərçivəsində Özbəkistanın prezidenti, baş naziri və digər rəsmi şəxslərlə görüşləri olacaq.
AzNews.az