- Köhnə - Siyasət
- 27 Sentyabr 2018 22:02
- 5 880
“Yaxın vaxtlarda “Qoşadaş”ın kəşfiyyatına və mənimsənilməsinə başlanılacaq” - Putin
“Rosneft” və SOCAR yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq".
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər: "Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir".(report.az)
AzNews.az