Həbsdəki gənc fəalın atası AXCP-ni tərk etdi- Foto

AXCP Neftçala rayon şöbəsinin üzvü, keçmiş siyasi məhbus Səxavət Babayev təmsil olunduğu partiya sıralarından istefa verib.

Avropa.info-ya ünvanladığı məktubda S.Babayev prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, Səxavət Babayev 2005-2007-ci illərdə siyasi məhbus həyatı yaşayıb və 2007-ci ildə ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. S.Babayev hazırda haqqında məhkəmə prosesi keçirilən AXCP fəalı Dəyanət Babayevin atasıdır.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə dövlət

ittihamçısı Dəyanət Babayevə 4 il həbs cəzası istəyib.

Dəyanət Babayev və digər AXCP üzvü Musa Rahim ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir

edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.

AXCP fəalları xuliqanlıqda ittiham olunurlar.

AzNews.az
image description