Aydın Mirzəzadə: “Moskva Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən bəyanatlara diqqətlə yanaşmalıdır” Aydın Mirzəzadə: “Moskva Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən bəyanatlara diqqətlə yanaşmalıdır”

Rəsmi Bakının Rusiyadan gözləntiləri var

Aydın Mirzəzadə: “Moskva Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən bəyanatlara diqqətlə yanaşmalıdır”

Qəbələ RLS-in növbəti müddətə icarəyə verilməsi ciddi müzakirə mövzusudur. Bununla bağlı birmənalı mövqe yoxdur. Həm siyasilər, həm də ekspertlər tərəfindən fərqli fikirlər səsləndirilir. "Rusiyanın Azərbaycandan Qəbələ RLS-i icarəyə götürməsi məsələsində söhbət yalnız bu problemin texniki və maliyyə məsələlərindən getməməlidir. Rəsmi Bakı xarici dövlətə, bu kontekstdə Rusiyaya öz hərbi obyektini icarəyə verdiyi zaman arzu edir ki, Moskva da Azərbaycanın taleyüklü problemlərinə diqqət nümayiş etdirsin". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadəyə məxsusdur. A.Mirzəzadənin fikrincə, indiki halda Azərbaycan Qəbələ RLS-in icarəsini digər problemlərin həlli ilə bağlamır. Onun sözlərinə görə, Rusiyanın yaxın müttəfiqi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi Rusiya tərəfinin diqqətindən kənarda qalmamalıdır."Lakin bunun əvəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja müntəzəm olaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikibaşlı bəyanatlarla çıxış edir. Doğrudur, N.Bordyuja beynəlxalq təşkilatın rəhbəridir, lakin o eyni zamanda da Rusiyanı təmsil edir və yüksək rütbəli Rusiya generalıdır və buna görə də, Moskva onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi bəyanatlara diqqətlə yanaşmalıdır"- deyə, YAP Siyasi Şurasının üzvü AzNews.az-a bildirib.

Gültən

AzNews.az