İqbal Ağazadənin vəkillərindən ilginc açıqlamalar – Özəl


Ümid Partiyasının sədri, prezidentliyə keçmiş namizəd İqbal Ağazadənin vəkilləri bəyanat yayıb. Bəyanatda Xalisə Şahverdi və Ramin Hacılı İqbal Ağazadənin hakimiyyətə müsbət mesaj verməsini təqdir edib. Ancaq bəyanatı imzalayanlar arasında İ.Ağazadənin vəkilləri siyahısında adları olan tanınmış simalar yoxdur.

Hüquqşünas Anar Qasımov AzNews.az-a açıqlamasında İqbal Ağazadənin vəkilləri adından verilən bəyanatdan xəbərsiz olduğunu deyib: "Mən o bəyanatdan xəbərsizəm. Orada göstərilənlərlə tanış deyiləm. Baş verənlərlə bağlı geniş müsahibə vermək fikrindəyəm. Amma indi həmin müsahibə üçün uyğun zaman deyil, vaxtı gələndə olacaq".

Tanınmış telejurnalist İlhamiyyə Rza da isə bu barədə mövqeyini artıq bir dəfə mətbuatda açıqladığını və əlavə heç nə demək fikrində olmadığını vurğulayıb.

İ.Ağazadənin vəkili olduğu bildirilən hüquq müdafiəçisi Mehriban Zeynalova isə ümumiyyətlə keçmiş namizədin vəkili olmayıb. Onun sözlərinə görə, onun da vəkillər sırasında olması barədə məlumat yanlış olaraq mətbuatda işıqlandırılıb: "Mən ilk gündən bildirmişəm ki, siyasətə qarışmaq istəmirəm".

Elvin
AzNews.az