- Köhnə - Siyasət
- 22 Oktyabr 2013 09:38
- 3 619
AXCP funksioneri: “İctimai Palata buraxıla bilər”
Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, İctimai Palata xeyli sayda insanın təşəbbüsü ilə yaradılıb. Bu səbəbdən də qərar geniş müzakirədən sonra qərar verilə bilər. İstənilən təklifə hörmətlə yanaşdığını da qeyd edən N. Məmmədli İctimai Palatanın qarşısına qoyduğu missiyasını da təqdir edib: "İctimai Palata müxalifətin böyük koalisiyasının yaradılmasında rol oynayıb. Lakin hazırda Milli Şura daha böyük birlik olduğundan, müəyyən inteqrasiya addımları atmaqla İctimai Palata buraxıla bilər".
N. Məmmədli onu da bildirib ki, bu məsələ AXCP-də hələ müzakirə olunmayıb: "İctimai Palatanın Milli Şura ilə birləşməsindən söhbət gedə bilməz. Lakin Milli Şuranın standartlarına cavab verən insanlar mövcud prosedur əsasında Milli Şuraya qəbul oluna bilərlər".
Bahar Rüstəmli
AzNews.az