- Köhnə - Siyasət
- 22 Oktyabr 2013 13:37
- 3 604
Siyavuş Novruzovdan istefa proqnozları
S.Novruzov Trend-ə bildirib ki, Milli Şurada təmsil olunan partiyalar bu seçkilərdə öz namizədlərinin nə qədər uğursuz, zəif olduğunun, seçicilər tərəfindən dəstəklənmədiyinin bilavasitə şahidi oldular: "Halbuki insanlara bu və ya digər yalan vədlər verməklə, iqtidarın üzərinə qarayaxmalar, böhtanlar atmaqla, müxtəlif təhqirlərə yol verməklə elə bilirdilər ki, kimsə gəlib bunlara səs verəcək. Lakin Azərbaycan xalqı öz müdrikliyini göstərərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verdi və növbəti beş il müddətinə ölkə prezidenti seçdi".
S.Novruzovun sözlərinə görə, Milli Şurada xarici təşkilatlar, şirkətlər və qüvvələrdən əldə olunan vəsaitlər bir neçə nəfərin arasında bölünüb və orada olan digər şəxslər məlumatlıdırlar ki, az sayda partiya rəhbərləri bu vəsaitləri bölürlər: "O biri partiyalara vəsaitlər çatmadığına görə onlar oradan istefa verib çıxırlar. Milli Şuraya ayrılan vəsaitlər orada qalan partiyaların ancaq birinci şəxsləri və onlara yaxın olan bir neçə şəxs tərəfindən mənimsənilir. Buna görə, elə həmin partiyalardan da istefalar olacaq".
AzNews.az