Sammit avqustun 14-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək Sammit avqustun 14-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək

Prezident İlham Əliyev sammitə dəvət olundu

Sammit avqustun 14-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək



Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının nöbədənkənar sammitində iştirak üçün dəvət alıb. Bu barədə SalamNews-a diplomatik mənbələrdən məlumat verilib. Sammit avqustun 14-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək. Sammitdə iştirak etmək üçün quruma üzv olan 57 ölkənin dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti də dəvət olunub. Verilən məlumata görə, dövlət başçısı İlham Əliyev sammitdə iştirakına ilkin razılığını verib: "Azərbaycan prezidentinin iş cədvəli imkan verərsə, o nüfuzlu beynəlxalq tədbirə qatılacaq. Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğundan tədbirdə yüksək səviyyədə iştirakı mütləqdir". Xarici işlər naziri Elmar Məmədyarovun da sammitdə iştirakı nəzərdə tutulur. Burada əsas müzakirə Suriyada yaranmış vəziyyət və ondan çıxış yolları ilə bağlı olacaq.

AzNews.az