Elmar Məmmədyarov Nikolay Azarov və Ranko Krivokapiç ilə görüşdü

ATƏT Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov bu ölkənin baş naziri Nikolay Azarov ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək üçün Ukraynaya səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə də görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Tərəflər 2014-cü ilin iyun ayında ATƏT PA-nın illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələləri müzakirə ediblər.


AzNews.az