“Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz” “Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz”

Siyavuş Novruzov: “Artıq Milli Şura adlı qurum yoxdur“

“Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz”




"Azərbaycanda heç bir hadisə təkrar oluna bilməz, çünki Azərbaycanda xalq ilə iqtidar bir yerdədir".

Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir: "Xalq bir neçə ay bundan öncə çox böyük səs çoxluğu ilə öz Prezidentini seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur".

S.Novruzov müxalifət ilə iqtidar arasında dialoq məsələsinə toxunaraq qeyd edib ki, müxalifət ilə dialoq var: "Yəni, müxalifət birsəpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etməsə də, parlamentdə təmsil olunan digər siyasi partiyalar ilə dialoq var".

AzNews.az