Fazil Mustafa: “Qanunun icrasının uzadılması prezidentin sərəncamının pozulması deməkdir” Sərdar Cəlaloğlu: “Prezidentin sərəncamına məhəl qoyulmur” Fazil Mustafa: “Qanunun icrasının uzadılması prezidentin sərəncamının pozulması deməkdir” Sərdar Cəlaloğlu: “Prezidentin sərəncamına məhəl qoyulmur”

Partiyaların maliyyələşdirilməsi niyə gecikir?

Fazil Mustafa: “Qanunun icrasının uzadılması prezidentin sərəncamının pozulması deməkdir” Sərdar Cəlaloğlu: “Prezidentin sərəncamına məhəl qoyulmur”



Bu il mayın 11-də prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" qanuna dəyişiklikləri imzalayıb. Həmin dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi qaydaları nəzərdə tutulur. Dəyişikliklərə görə, partiyalara hər il dövlət büdcəsindən pul ayrılacaq. Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Amma nəticə budur ki, sərəncam imzalansa da, qanunun icrası ləngidilir. Görəsən, qanunun icrası niyə gecikdirilir?


Böyük Qurtuluş Partiyasının (BQP) sədri Fazil Mustafa məsələni AzNews.az-a belə şərh edib: "Qanunun icrasının uzadılması prezidentin sərəcamının pozulmasıdır: Biz çox təəccüblənirik ki, nazirlər kabineti niyə bu məsələyə münasibət bildirməyib. Təbii ki, bu maliyyə büdcədən ayrıldığına görə büdcəyə baxış olacaq. Amma o vaxta qədər qanun qüvvəyə mindiyinə görə, maliyyələşmə ya prezidentin xüsusi fondu tərəfindən, ya da nazirlər kabinetinin ehtiyat fondu tərəfindən aparılmalıdır. Bizim də gözlədiyimiz budur".


BQP sədri deyir ki, qanunla bağlı parlamentdə nazirlər kabinetinin təklifləri müzakirə olunacaq: "Müzakirələrdən sonra maliyyələşmə prosesinin necə aparılması bəlli olacaq. Maliyyə aylıq və illik verilə bilər. Məncə, illik daha yaxşıdır. Bunun mexanizmi dəqiqləşməlidir".


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da məsələyə birmənalı yanaşmayıb. O, bildirib ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi çox ədalətsiz bir addımdır: "Burada bir partiyanın problemindən söhbət getmir. Ümumilikdə bütün siyasi partiyaları nəzərdə tuturam. Əslində, sərəncamdan bir ay sonra qanun icra edilməli idi. Amma bu gecikir. Heç kimin bunu gecikdirməyə ixtiyarı yoxdur".


İlkin

AzNews.az