Macar hökuməti vəziyyətin gərginləşməsindən narahatdır Macar hökuməti vəziyyətin gərginləşməsindən narahatdır

Macarıstan Azərbaycana nota verdi

Macar hökuməti vəziyyətin gərginləşməsindən narahatdır



Azərbaycanın Macarıstandakı səfirliyinə nota təqdim edilib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, nota Azərbaycan səfirliyinə Macarıstan dövlət katibi Zolt Nemet tərəfindən təqdim edilib və bildirilib ki, macar tərəfi Ramil Səfərovun əfv olunmasından narahatdır və bu addımı beynəlxalq hüquq normalarına zidd hesab edir. O, həmçinin qeyd edib ki, Bu addım Ramil Səfərov ekstradisiya edilərkən, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə də ziddir.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın Ədliyyə Nazirliyi Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı açıqlama vermiş və bildirmişdi ki, Səfərovun ekstradisiyası Strasburq konvensiyasına tam uyğundur və Ermənistanla diplomatik münasibətlərin dayandırılmasından təəssüflənir.

Sadiq
AzNews.az