İsveç çempionatının növbəti turu faciə ilə yadda qalıb İsveç çempionatının növbəti turu faciə ilə yadda qalıb

Futbolçu qol vurduqdan sonra öldü

İsveç çempionatının növbəti turu faciə ilə yadda qalıb

Dünyanın futbol meydanlarında daha bir ölüm faktı qeydə alınıb. İsveçli futbolçu matç zamanı ölüb. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 29 yaşlı oyunçu Viktor Brannstrem "Pitea"-"Umedalen" matçı zamanı dünyasını dəyişib.

"Pitea"nın oyunçusu Viktor Brannsterm rəqib komandanın qapısına qol vurandan sonra huşunu itirib. Futbolçu dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün ilkin səbəbi ürək tutması göstərilib.

AzNews.az