Nazim Məmmədov Polşaya gedir

İqtisadçı alim, sabiq millət vəkili Nazim Məmmədov bu gün Polşaya yola düşür. Avropa Birliyinin təşkil etdiyi ənənəvi İqtisadi Forumda onun bir neçə çıxışı planlaşdırılıb.

Qeyd edək ki, ikinci Davos adlandırılan Forumda bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər, deputatlar, tanınmış siyasətçilər və iqtisadçılar iştirak edirlər.

Nazim Məmmədovun AzNews.az-a verdiyi məlumata görə, Forumda Azərbaycana xüsusi maraq göstərilir: "Keçmiş sovet respublikalarının Avropaya inteqrasiya olunması yolunda mövcud problemlər həmişə bu Forumunun əsas mövzusu olaraq müzakirə edilir və Azərbaycana xüsusi maraq göstərilir"

Azər
AzNews