Sarkisyan:“Səfərovun ekstradisiyası NATO-Ermənistan münasibətlərinə kölgə salmamalıdır”

Ermənistan prezidenti Serj Sarkisyan NATO Baş Katibi Anders Foq Rassmussenlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ramil Səfərovun ekstradisiyası ilə bağlı yaranmış məsələ NATO-Ermənistan münasibətlərinə kölgə salmamalıdır: "Çox təəssüf ki, son zamanlar biz ümumbəşəri və NATO prinsiplərinin tapdalanmasının şahidi oluruq ancaq bütün bunlar NATO-Ermənistan münasibətlərini zədələməməlidir".

O, həmçinin bildirib ki, Ermənistan NATO ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və hesab edir ki, Səfərovun ekstradisiyası regionda sülhə ciddi təhlükə yaradır.

Sadiq
AzNews.az