Rasmussen: “Azərbaycanda islahatlar davam etdirilməlidir”

"Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıram". APA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasında çıxışında deyib.

"Bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək. Azərbaycan müdafiə sahəsində də islahatları davam etdirməlidir. NATO Azərbaycanla təlim və treninqlərin keçirilməsi, enerji təhlükəsizliyi və kibertəhlükəsizlik, ərazilərin minalardan təmizlənməsi sahələrində əməkdaşlıq edir".

AzNews.az