İran Azərbaycanla Türkiyə arasında vizanın götürülməsinə qarşı çıxıb

Türkiyə ilə Azərbaycan arasında viza məsələsinin həlli İranı narahat edir. Bu barədə Türkiyədə nəşr olunan "Star" qəzetindəki məqalədə bildirilir. Qəzetin yazdığına görə, iki ölkə arasında viza məsələsinin həlli məhz İranın buna qarşı çıxması nəticəsində mümkün olmur.

İran tərəfi bildirib ki, əgər Azərbaycan Türkiyə ilə vizasız gediş-gəlişi həyata keçirərsə, o zaman İran vətəndaşları üçün də viza rejimi aradan qaldırılmalıdır.

Əks təqdirdə İran Naxçıvanla quru yol əlaqəsində Azərbaycan üçün problemlər yarada bilər. "Azərbaycan tərəfi Türkiyəyə vizanı götürməyə hazır olması ilə bağlı mesaj verib. Ancaq İran məsələnin həllinə mane olur. Türkiyə də Azərbaycanın bu mövqeyini anlayışla qarşılayıb" deyə qəzet vurğulayıb.

Elnarə
AzNews.az