“Atlas” Araşdırmalar Mərkəzi Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin “Atlas” Araşdırmalar Mərkəzi Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin

Ankara mərasimə niyə Ermənistan prezidentini dəvət etmişdi? - təhlil

“Atlas” Araşdırmalar Mərkəzi Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin

yüni prezidenti Ərdoğanın sabah Bakıya edəcəyi səfələ bağlı analitik məqalə hazırlayıb.



AzNews.az həmin yazını təqdim edir:

Rəcəb Təyyub Ərdoğanın prezidentliyə başlaması Türkiyənin daxili və xarici siyasətinə ciddi dəyişikliklər gətirməyəcək. Buna baxmayaraq, Türkiyə prezidentinin andiçmə mərasimi ilə bağlı iki sual Azərbaycanda müzakirələrə səbəb oldu:

Birinci sual: Ankara məramisə niyə Ermənistan prezidentini dəvət etmişdi?

İkinci sual: Azərbaycan prezidenti mərasimə niyə qatılmamışdı?


Türkiyənin Ermənistanla sərhədi bağlıdır və bu ölkə ilə diplomatik münasibətləri yoxdur. Türkiyə ilə Ermənistan arasında 2008-ci ildə imzalanan İsveçrə protokolları da ratifikasiya olunmayıb. Buna baxmayaraq, Ankaranın Ermənistan prezidenti Serj Sərkisyana dəvət məktubu göndərməsi Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istəyindən imtina etməməsinin işarəsidir. Sərkisyan öz əvəzinə Ankaradakı inaqurasiyaya xarici işlər naziri Edvard Nalbandyanı göndərib. İrəvan da Türkiyə ilə münasibətlərin nizamlanmasına çalışır. Ancaq Ermənistan hakimiyyətinin "biz erməni soyqırımının yüzilliyi ilə bağlı Ərdoğanı 2015-ci ilin aprelində İrəvana dəvət edəcəyik" təklifi Türkiyənin yeni prezidenti tərəfindən qəbul olunmayacaq. Ərdoğan onsuz da bu ilin aprel ayında böyük bir addım ataraq Türkiyədə birinci dünya müharibəsi zamanı xeyli insanın öldüyünü və bu sırada ermənilərin də olduğunu bildirdi. Bu Ərdoğanın "erməni soyqrımını" etirafı olmasa da, erməni lobbisi və beynəlxalq aləmə bir jesti idi. Ərdoğandan bundan artığını, yəni "soyqırımı" tanıyacağını və bu məqsədlə İrəvana gedəcəyini gözləmək mümkün deyil. Digər tərəfdən Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan ən azı ikisini boşaltmadan Ərdoğan İsveçrə protokollarını parlamentin ratifikasiyasına göndərməyəcək.

Azərbaycan prezidenti İlham Əliyev Ankaraya öz əvəzinə baş nazir Artur Rəsizadəni göndərdi. Bu da onunla bağlı idi ki, onsuz da Ərdoğan inaqurasiyadan bir neçə gün sonra Bakıya rəsmi səfərə gələcək.

Ərdoğanın baş nazir olduğu 12 ildə Türkiyə-Azərbaycan münasibətləri xeyli inkişaf etdi. Siyasi təmaslarla yanaşı ticarət dövriyyəsi artdı, Azərbaycan Türkiyəyə milyardlarla dollar investisiya qoydu, Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşıyacaq Transanadolu layihəsi imzalandı, ayrıca gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəcək. Ərdoğanın dövründə iki ölkə arasında hərbi əməkdaşlıq da inkişaf etdi, birgə silah istehsalına başlanıldı, birgə hərbi təlimlər həyata keçirildi. Ərdoğanın prezidentliyi dövründə bu istiqamətlər əvvəlkitək inkişaf etdiriləcək.

Əhməd Davudoğlunun baş nazir olması da Azərbaycanın maraqlarına uyğundur. Davudoğlu xarici işlər nazir olduğu dövrdə Azərbaycanla sıx əlaqədə olub, əməkdaşlığın bütün iqtiqamətlərində şəxsən iştirak edib, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra təşəbbüsü olub. Odur ki, Davudoğlu baş nazirliyi dövründə də Azərbaycanla siyasi, iqtisadi və enerji münasibətlərinə əhəmiyyət verəcək.

Ərdoğan prezident olduğu dönəmdə də Fətullah Gülən tərəfdarlarına qarşı mübarizəsini davam etdirəcək. Çünki Gülən hərəkatı hazırki Türkiyə müxalifətindən güclüdür və Ərdoğanın əsas rəqibidir. Ərdoğan Türkiyə ilə yanaşı Gülənin xarici ölkələrdəki şəbəkəsini də neytrallaşdırmağa çalışır. Ərdoğan üçün Azərbaycan birinci sıradadır. İlham Əliyev Ərdoğanın istəyi ilə Gülün Azərbaycandakı şəbəkəsini xeyli zəiflətdi. Buna baxmayaraq, Ərdoğan sentyabrın 3-də Bakıda Əliyevlə görüşərkən bu mübarizənin nəticələri ilə tanış olmaq istəyəcək.

AzNews.az