- Köhnə - Siyasət
- 1 Sentyabr 2014 17:05
- 4 532
Ərdoğanın Bakıya gəlişi mesajdır - VİDEO
ANS TV-nin məlumatına görə, sabah Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir. Bu barədə səfər ərəfəsində Levkoşada xalqa səslənən Ərdoğan bir daha xatırlatma verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, sabah Azərbaycana gedəcəyik: "Azərbaycan illərdir ki, bizim dost və qardaş ölkə kimi son illərdə prezident və baş nazirlərimiz yeni seçildiyi vaxt ilk səfərlərini Azərbaycana edir".
Bir günlük səfər çərçivəsində prezident İlham Əliyevlə baş tutucaq görüşdə hər iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və reqional hadisələrin müzakirəsi gözlənilir.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızının fikrincə, prezident kimi Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfər kimi Azərbaycanı seçməsi təsadüfi deyil.
Millət vəkili hesab edir ki, hazırki səfər regionda, həmçinin qlobal miqyasda Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyən bəzi qüvvələrə ismarıcdır.
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Məlahət İbrahimqızının sözlərinə görə, "Bu, hamısı dünyaya da bir mesajdır. Azərbaycan-Türkiyə dostluğunu istəməyən qüvvələrə mesajdır. Hər zaman nəsə, fitnə törətmək istəyənlərə bir mesajdır. Biz yaralılarımızı da müalicə edə bilirik. Öz səhiyyəmiz də var. Azərbaycan elə bir durumdadır ki, başqa ölkələrə dəstək verir".
Məlumata görə, Ərdoğanın Bakı səfərindən sonra hər iki dövlət başçısı NATO-nun sentyabr ayının 4 və 5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək sammitinə gedəcəyi planlaşdırılır. Sentyabrın 20-də isə "Əsrin müqaviləsi" neft kontraktının 20 illiyi münasibətilə Bakıda möhtəşəm qaz layihəsinin reallaşacağı gözlənilir ki, toplantıda həm Türkiyə prezidenti, həm də yeni baş nazir Əhməd Davudoğlunun iştirakı nəzərdə tutulur.
AzNews.az