Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın dövlətçilik ənənələrinə və ərazi bütövlüyünə kölgə salan açıqlama Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın dövlətçilik ənənələrinə və ərazi bütövlüyünə kölgə salan açıqlama

“Putin qonşu ölkələrin müstəqillik haqqını tanımır” - Fazil Mustafa

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın dövlətçilik ənənələrinə və ərazi bütövlüyünə kölgə salan açıqlama

qazax ictimaiyyəti, o cümlədən keçmiş sovet respublikalarında birmənalı qarşılanmayıb. Rusiyanın Ukraynaya hərbi-siyasi təhdidinin davam etdiyi bir dövrdə digər qonşu ölkə haqda belə fikirlər söylənilməsi isə regionda rus təhlükəsinin artmasına işarə kimi xarakterizə olunur.

Azərbaycan cəmiyyətində, xüsusilə də siyasi dairələrdə Rusiya dövlət başçısının və hakimiyyətə yaxın şəxslərin qonşu dövlətlərə qarşı aşağılayıcı açıqlamaları etirazla qarşılanır.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa AzNews.az deyib ki, V. Putinin Qazaxıstanın ərazi bütövlüyü ilə bağlı fikiri olduqca təhlükəlidir:
"Bu, Putinin niyyətinin tam üzə çıxmasıdır. Rusiya prezidenti faktiki olaraq qonşu suveren respublikaların müstəqil olma haqqını tanımır. Məndə olan olan məlumata görə, Putinin bu çıxışına cavab olaraq qazaxların 500 illik dövlətçilik tarixinin olmasını özündə əks etdirən sənəd hazırlanıb. Bu sənədlə qazaxlar öz dövlətlərinin tarixini sübut etmək üçün müəyyən addımlar atmaq qərarına gəliblər. Putinin bu çıxışından sonra qazaxlar dövlətlərinin müdafiəsi üçün ciddi hazırlıqlar görməlidirlər".

F. Mustafa hesab edib ki, Putinin bu çıxışı Azərbaycan dövlətçiliyi üçün də təhlükəli bir işarə olduğunu sübut edir: "Rusiya prezidenti anlamaq istəmir ki, post-sovet ölkələri də hətta SSRİ-nin tərkibində olanda belə ayrı-ayrılıqda müstəqil dövlətlər kimi qəbul olunurdular. Azərbaycan, Gürcüstan və digər dövlətlər SSRİ-yə ittifaq sazişi əsasında birləşmişdilər. Putin isə bu reallığı arxa plana atır. Hesab edirəm ki, Putin bu sözləri istənilən vaxt Azərbaycan haqda da deyə bilər. Bu baxımdan indidən tədbirlər görməliyik".
Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və digər ölkələr beynəlxalq səviyyədə bu təhdidi qabartmalıdırlar: "Rusiya prezidenti artıq ölkələrin ərazi bütövlüyünü inkar etməklə məşğuldur. Bunun üçün həyacan təbili çalınmalı və beynəlxalq ictimayyətə müraciətlər edilməlidir. Putinin bu yanaşması başqa ölkənin süveren hüquqlarının pozulması, faktiki olaraq tanınmaması mənasına gəlir".

Xatırladaq ki, avqustun 30-da Rusiyanın Tver şəhərində keçirilən "Seliger-2014" gənclik Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin sensasion fikirlər səsləndirib.

O, Qazaxıstanın heç vaxt dövlət olmadığını bəyan edib.

Amid
AzNews.az