- Köhnə - Siyasət
- 2 Sentyabr 2014 15:20
- 3 304
Türkiyə səfirliyindən viza açıqlaması- “Şayiədir...”
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanla bu ölkə arasında viza şərtlərinin sərtləşdirilməsi barədə məlumatalara aydınlıq gətirib.
Səfirlikdən Qafqazinfo-ya verilən məlumata görə, Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmayıb: "İki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair Səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyildir".
Qeyd edək ki, bu gün Türkiyənin Hürriyət qəzetində bu barədə məlumat dərc olunmuşdu. Həmin məlumatı foto-fakt kimi təqdim edirik:
AzNews.az