Məmmədyarov UNICEF-in yeni rəhbəri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib.

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, E.Məmmədyarov UNICEF nümayəndəliyinin rəhbərini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən A.Şilakadze ölkəmizlə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



AzNews.az