Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rumıniyaya rəsmi səfərə gedir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rumıniyaya rəsmi səfərə gedir.

MSK sədrləri Ruminiyaya toplaşır

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rumıniyaya rəsmi səfərə gedir.



MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, MSK sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının 2014-cü il 4-6 sentyabr tarixlərində Rumıniyada keçiriləcək 23-cü illik konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olacaq.

Avropa Seçki Rəsmiləri Assosiasiyası və Rumıniya Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təşkil edilən tədbirdə Avropa ölkələrinin seçki idarəetmə qurumlarının rəhbərləri iştirak edir.
Avropa Seçki Rəsmiləri Assosiasiyasının baş katibi Zsolt Szolnoki və Rumıniya Mərkəzi Seçki Komissiyasının sədri Ana Maria Patrunun dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək.

AzNews.az