Azərbaycan və Fransa Prezidentləri Uelsdə görüşdülər

Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevə Fransa prezidenti Fransua Ollandın görüşü olub.

AzNews.az-ın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycanla Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıblar.

AzNews.az