- Köhnə - Siyasət
- 14 Sentyabr 2012 09:24
- 3 534
Qarabağda “Afrika taunu” tüğyan edir
"Afrika taunu» insana yoluxmur, sadəcə iqtisadiyyata ciddi ziyan vurur"
"İşğal olunmuş Azərbaycan ərazilərində donuzlar arasında qeydə alınan "Afrika taunu"nun həmin ərazilərlə sərhəd olan bölgələr üçün heç bir təhlükəsi yoxdur". Bunu AzNews.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Xındırıstan da daxil olmaqla bəzi kəndlərdə "Afrika taunu"nun qeydə alınması ilə bağlı məlumata münasibət bildirərkən deyib.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Xankəndi yaxınlığındakı Ağcabədi və Ağdamda donuz təsərrüfatları yoxdur: "Azərbaycanda donuz təsərrüfatları əsasən şimal rayonlardadır. "Afrika taunu" çöl donuzları arasında da yayıla bilər. Amma bu halda donuz yoluxduğu zaman qulaq və boynunda göyərmə müşahidə olunur, bir neçə saat sonra isə məhv olur. "Afrika taunu" insana yoluxmur, sadəcə iqtisadiyyata ciddi ziyan vurur. İndiki halda yaxınlıqdakı bölgələrdə donuz təsərrüfatları olmadığından təhlükə gözlənilmir".
Məlumat üçün bildirək ki, 2007-ci ildə işğal altındakı Azərbaycan ərazilərində 35 min baş donuzun saxlandığı bildirilsə də, "Afrika taunu" onların sayını 5 dəfə azaltmışdı.
E.Əlosmanqızı
AzNews.az