- Köhnə - Siyasət
- 9 Sentyabr 2014 13:24
- 2 698
Ombudsman BMT-nin nümayəndə heyəti ilə görüşdü
Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin üzvlərini qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
E.Süleymanova qonaqlara Ombudsman yanında Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti ilə bağlı ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşdə Milli Preventiv Qrupunun (MPQ) üzvləri də iştirak ediblər.
AzNews.az