- Köhnə - Siyasət
- 9 Sentyabr 2014 15:35
- 2 711
Prezident Moldova Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Natalia Germanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinə verdikləri dəstəyin önəmi vurğulandı.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, kənd təsərrüfatı, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzNews.az