- Köhnə - Siyasət
- 10 Sentyabr 2014 10:27
- 1 878
Abutalıbov Müsavata Əmircanı təklif etdi
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının qurultayla bağlı müraciətinə cavab verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə partiyanın Səbail Rayon Təşkilatının sədri Razim Əmiraslanlı facebookda məlumat paylaşıb.
O bildirib ki, BŞİH Müsavat partiyasının sentyabrın 27- də keçiriləcək qurultayı üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
"Qafqazinfo" Müsavat başqanının müavini Gülağa Aslanlı ilə də əlaqə saxlayıb. G. Aslanlı isə açıqlamasında səhər BŞİH-dən ona zəng gəldiyini qeyd edib:
"Mənə zəng edib dedilər ki, məktub hazırdır. İndi məktubu götürmək üçün bir nəfəri göndərmişik. Məktub əlimdə olmadığı üçün orada nə yazıldığından xəbərim yoxdur".
AzNews.az