Müsavat Abutalıbovun təklifini müzakirəyə çıxaracaq - Açıqlama

Məlum olduğu kimi, Müsavat partiyasının qurultayla bağlı göndərdiyi məktuba Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov cavab verib. O, qurultay üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
Bəs bu təkliflə müsavat razılaşacaqmı?

Bu barədə AzNews.az-a danışan Müsavat Partiyasının Təşkilat Komitəsinin rəhbəri Razim Əmiraslan bildirib ki, təklif qurultaya hazırlıqla bağlı təşkilat komitəsində müzakirə ediləcək: "Bu məsələ müzakirə olunduqdan sonra qəti qərar veriləcək".

Komitə rəhbəri əlavə edib ki, müzakirə gələn həftə aparılacaq.

Qeyd edək ki, Müsavat partiyası özünün növbəti qurultayını sentyabrın 27-də keçirməyi planlaşdırıb.

Bahar Rüstəmli
AzNews.az