Elmar Məmmədyarov İsrailin Müdafiə nazirini qəbul etdi

Xarici işlər nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İsrailin Müdafiə naziri Moşe Yalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az-ın XİN-ə istinadla verdiyi məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda görüş zamanı müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.


AzNews.az