Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda səfərdədir. Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda səfərdədir.

Türkiyənin milli müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda səfərdədir.




APA-nın verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində nazirin şərəfinə ziyafət verilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatlar, iş adamları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi - "ADEX 2014"-də iştirak üçün Azərbaycana səfər etdiyini deyən nazir qeyd edib ki, Azərbaycanla müdafiə sahəsində olan münasibətlərdən çox razıdır və bu münasibətlər yaxın gələcəkdə daha da inkişaf etdiriləcək


AzNews.az