Malayziyanın baş naziri Nacib Razak Azərbaycana səfər edəcək. Malayziyanın baş naziri Nacib Razak Azərbaycana səfər edəcək.

Malayziyanın baş naziri Azərbaycana gəlir

Malayziyanın baş naziri Nacib Razak Azərbaycana səfər edəcək.




APA-nın "The Rakyat Post" saytına istinadən verdiyi xəbərə görə, baş nazirin rəsmi səfəri bu gün başlayacaq.

Səfər çərçivəsində baş nazirin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Görüşlərin yekununda iki ölkə arasında iqtisadi, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Memorandumun imzalanacağı gözlənilir.

Baş nazir sentyabrın 12-də Malayziyanın Azərbaycandakı səfirliyinin binasının açılışında da iştirak edəcək.


AzNews.az